“Ermənistan tərəfinin bu cür xəbər yayması saman çöpündən imdad ummasına bənzəyir” - MÜDAFİƏ NAZİRLİYİ

  • By admin
  • 20 İyun 2017 10:28

mudafie

“Ermənistan tərəfi kağız üzərində “qəhrəmanlıqla” məşğuldur”.

Gununsesi.info xəbər verir ki, bunu mətbuata açıqlamasında Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib

Qeyd olunub ki, Ermənistan sosial səbəkələrində yalan və dezinformasiya xarakterli məlumat paylaşılıb: “Bildiririk ki, Ermənistan tərəfinin iddia etdiyi vəzifədə Natiq Qurbanov soyadlı hərbi qulluqçumuz ümumiyyətlə xidmət etmir”.

Nazirlik bəyan edir ki, düşmən təbliğat maşınının belə ucuz dezinformasiya xarakterli xəbərlərdən istifadə etməsi suda boğulanın saman çöpündən imdad ummasına bənzəyir:

“Uğursuz cəhdlər edən düşmən tərəfi özünü kağız üzərində və virtual məkanda “qəhrəman” kimi göstərmək istəyir.

Xəbər verildiyi kimi, 16-17 iyun tarixlərində Ermənistan silahlı qüvvələri 6 hərbi qulluqçusunu itirib. Düşmən çoxsaylı yaralıları isə məcbur qalaraq hər gün bir adla ortalığa çıxarmaqla daxili auditoriyanı sakitləşdirməyə cəhd edir”.

Gununsesi.info