Ermənistan və Fransa XİN rəhbərləri diversantları müzakirə etdi

  • By admin
  • 21 Yanvar 2021 16:27

Ermənistan xarici işlər naziri Ara Ayvazyan ilə Fransa xarici işlər naziri Jan-İv Le Drian arasında telefon danışığı baş tutub.

 

Gununsesi.org xəbər verir ki, telefon danışığı yanvarın 21-də baş tutub.

 

Tərəflər Dağlıq Qarabağ münaqişəsini, regional təhlükəsizlik və sülh məsələlərini müzakirə edib. Görüşdə əsas diqqət Xocavənd istiqamətində ordumuzun mövqelərinə hücum edən zaman ələ keçirilən 62 diversantla bağlıdır.

Gununsesi.org