Ermənistan XİN:

  • By admin
  • 24 Aprel 2021 18:59
Rəsmi Yerevanın mövqeyi dəyişməyib – o, Ankara ilə ilkin şərtlər olmadan münasibətlərin qurulmasına hazırdır.
Hazırda Ermənistan və Türkiyə arasında heç bir dialoq aparılmır.
Gununsesi.info  xəbər verir ki, bunu Ermənistanın xarici işlər nazirinin müavini Avet Adonts bildirib.
O bəyan edib ki, rəsmi Yerevanın mövqeyi dəyişməyib – o, Ankara ilə ilkin şərtlər olmadan münasibətlərin qurulmasına hazırdır.
Adonts vurğulayıb ki, hazırda yalnız Türkiyə şərtlər irəli sürür:
“Əsas şərtlər – Qarabağ münaqişəsinin Azərbaycanın mövqeyindən həlli və “erməni soyqırımı”nın beynəlxalq səviyyədə tanınması prosesindən imtinadır. Qarabağ kontekstində Türkiyənin mövqeyi 44 günlük müharibədən sonra da dəyişməyib. Ən azından erməni tərəfi hər hansı digər mesaj almayıb”.
Münaqişənin nizamlanmasına toxunan XİN rəhbərinin müavini qeyd edib ki, danışıqlar prosesi ATƏT-in Minsk qrupu çərçivəsində həyata keçirilir. O ümid edir ki, danışıqların nəticələri qısa zamanda olacaq.
Gununsesi.info