Ermənistan yeni diplomatik oyuna başladı – Qazaxıstanı tərəfinə çəkmək istəyir

  • By admin
  • 02 İyun 2021 11:48

Ermənistan prezidenti Armen Sarkisyan Qazaxıstana səfər edəcək.

Gununsesi.info Ermənistan KİV-nə istinadən xəbər verir ki, iyunun 3-də başlayacaq səfərdə məqsəd Azərbaycanla sərhəd mübahisələrində bu türk respublikasının dəstəyini qazanmaqdır.

Sarkisyan səfər zamanı prezident Kasım Jomart-Tokayev və eks-prezident, Təhlükəsizlik Şurasının sədri Nursultan Nazarbayevlə görüşəcək.

Xatırladaq ki, Ermənistanla Qazaxıstan Avrasiya İqtisadi Birliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvdürlər.