Ermənistan zərbə PUA-ları tətbiq edir

Mayın 12-si saat 11:30-da Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri Azərbaycan Ordusunun üzbəüz yerləşən mövqeləri istiqamətində zərbə PUA-ları tətbiq edib.

Gununsesi.info verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Ermənistan tərəfi növbəti dəfə təxribat törədərək vəziyyəti yenidən gərginləşdirir.

Ordumuzda şəxsi heyət və texnika sarıdan itki yoxdur.

 

 

Gununsesi.info