Ermənistanda əsgər meşədə asılmış vəziyyətdə tapıldı

  • By admin
  • 09 Mart 2023 13:30

“Çağırışçı əsgərin meyiti meşədə ağacdan asılmış vəziyyətdə tapılıb”.

Gununsesi.info “Sputnik Armenia”ya istinadən xəbər verir ki, Ermənistan İstintaq Komitəsi əsgər ölümü ilə bağlı hadisənin təfərrüatlarını təqdim edib.

Bildirilib ki, hadisə Tavuş regionunda baş verib. Hərbçinin intihar həddinə çatdırılması ilə bağlı cinayət işi açılıb.

“Lazımi müayinələr təyin edilib, dindirmələr həyata keçirilir”, – deyə məlumatda qeyd olunub.

Gununsesi.info