Ermənistanda Baş Qərargah rəisinin müavini TƏYİN EDİLDİ

  • By admin
  • 10 Yanvar 2022 13:55

Ermənistan prezidenti Armen Sarkisyan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinə yeni müavin təyin edib.

Gununsesi.info xəbər verir ki, prezidentin fərmanı ilə Arakel Martikyan Baş Qərargah rəisinə müavin təyin edilib.

Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

General-mayor Arakel Martikyan ötən ilin avqustunda Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının hərbi kəşfiyyat idarəsinin rəisi vəzifəsindən azad edilmişdi.

Gununsesi.info