Ermənistanda bir həftəyə 4 minə yaxın yoluxma

  • By admin
  • 17 İyun 2020 22:21

Ermənistanda koronavirusa yoluxanların sayı artmaqda davam edir.

Gununsesi.org bildirir ki, son 1 həftə ərzində (10-17 iyun) ölkədə 4 minə yaxın şəxsdə koronavirus aşkarlanıb.

Əgər iyunun 10-da xəstələnənlərin sayı 14 103 idisə, iyunun 17-də bu rəqəm 18 033-ə çatıb.

Bundan əlavə, 7 gün əvvəl koronavirusdan ölənlərin sayı 227 idisə, indi bu rəqəm 302-dir. Bu isə 7 gün ərzində 75 yeni ölüm halı deməkdir.

Ermənistanda yoluxma hallarının sayının yüksək olması səbəbindən martın 16-dan etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi iyulun 13-nə qədər uzadılıb.

Gununsesi.org