Ermənistanda ehtiyatda olan zabitlər təlimlərə ÇAĞIRILDI

  • By admin
  • 12 Fevral 2022 13:09

Ermənistan Müdafiə Nazirliyi bu il aprelin 1-dən iyunun 30-dək ehtiyatda olan hərbçilər üçün təlim-məşq toplanışları keçirməyi planlaşdırır.

Gununsesi.info Ermənistan KİV-nə istinadən xəbər verir ki, təlimlərə hərbi nəqliyyat maşınları da cəlb olunacaq.

Təlimlərdə 1205-i sıravi və kiçik rütbəli, 65-i yuxarı rütbəli, 130-u raket və artilleriya ixtisasları üzrə ehtiyatda olan zabitlər olmaqla 1400-dək şəxsin iştirak edəcəyi bildirilir. Hərbi nəqliyyat vasitələrinin isə 136-ya çatacağı qeyd edilir.

Gununsesi.info