Ermənistanda etirazçılar İrəvan-Gümrü yolunu bağladı

  • By admin
  • 18 Dekabr 2020 17:25

Ermənistanda etirazçılar yenidən İrəvan-Gümrü yolunu qapadıb.

Gununsesi.org unikal.org-a istinadən bildirir ki, hadisə yolun Şirak vilayətindən keçən hissəsində baş verib. İtkin düşən erməni hərbi qulluqçularının ailə üzvlərindən ibarət olan aksiyaçılar övladları haqqında məlumat verilməsini tələb ediblər.

Etirazçılar sonradan Nikol Paşinyanın istefası tələblərini də səsləndirməyə başlayıblar. Bundan sonra polisin aksiyaya müdaxilə etdiyi və yolun açıldığı bildirilir. Saxlanılanların olduğu deyilir.

Gununsesi.org