Ermənistanda hərbi vəziyyət rejimi ləğv edildi

  • By admin
  • 24 Mart 2021 11:56

Ermənistanda 2020-ci il sentyabrın 27-də – İkinci Qarabağ müharibəsi başlayan gündən tətbiq edilən hərbi vəziyyət rejimi ləğv edilib.

Gununsesi.info xəbər verir ki, bununla bağlı məsələ Ermənistan parlamentinin martın 24-də keçirilən iclasında müzakirəyə çıxarılıb.

Hərbi vəziyyət rejiminin ləğv edilməsi ilə bağlı layihəni 118 deputat dəstəkləyib, 1 deputat əleyhinə, 1-i isə bitərəf səs verib.

Gununsesi.info