Ermənistanda hökumət binası qarşısında

  • By admin
  • 23 Yanvar 2023 14:58

İrəvanda Ermənistan hökumətinin binası qarşısında etiraz aksiyası keçirilib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Aksiya ötən həftə Geğarkunikdəki hərbi hissələrdən birində baş verən partlayış nəticəsində 15 hərbçinin ölməsinə etiraz məqsədilə keçirilib.

“Sizin oğlunuz orduda növbəti qurban olmamalıdır!” lozunqu ilə baş tutan aksiyada hakimiyyət əleyhinə şüarlar yazılmış plakatlar qaldırılıb.

Baş verən hadisədə səhlənkarlıq elementlərinin olduğu diqqətə çatdırılıb və buna görə məsuliyyət daşımalı olanların cəzalandırılmasına çağırış edilib.

Gununsesi.info