Ermənistanda müxalifət lideri həbs olunub

  • By admin
  • 14 Noyabr 2020 20:15

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, müxalif Vətən Partiyasının sədri Artur Vanetsyan həbs edilib.

Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

O, baş nazir Nikol Paşinyana qarşı sui-qəsd hazırlamaqda və hakimiyyət çevrilişinə cəhddə ittiham olunur.

Məlumata görə, A.Vanetsyan rəhbərlik etdiyi partiya bunu hakimiyyətin repressiyası kimi qiymətləndirib.

 

Gununsesi.info