Ermənistanda müxalifət və hakimiyyət sərhəddəki vəziyyətlə bağlı vahid bəyanatla çıxış edə bilməyiblər

Ermənistan parlamentində müxalifətdə olan “Mənim şərəfim var” və “Hayastan” fraksiyaları ilə hakim partiya Azərbaycan-Ermənistan dövlət sərhədindəki vəziyyətlə bağlı bəyanatın mətnini razılaşdıra biməyiblər.

Bu açıqlama ilə Ermənistanda hakimiyyətdə olan “Mülki Müqavilə” partiyasının deputatı Vladimir Vardanyan çıxış edib.

O qeyd edib ki, hər iki fraksiya parlamentə təkliflər paketini təqdim etsə də, sərhəddəki gərginliklə bağlı birgə bəyanatın mətnində konsensus əldə olunmayıb.

Gunusesi.info

Mənbə: “Sputnik” Ermənistan