Ermənistanda növbəti biabırçılıq - HƏRBÇİLƏR ÜÇÜN TİKİLƏN MƏNZİLLƏR PULLA SATILIR

  • By admin
  • 10 Noyabr 2017 19:50

Gununsesi.info xəbər verir ki, Ermənistan silahlı qüvvələrində neqativ hallar baş alıb gedir.

Trend-in Ermənistan sosial şəbəkələrində zabit ailələrinin paylaşımlarına istinadən verdiyi xəbərə görə, noyabrın 15-də hərbi qulluqçular üçün tikilən mənzillər hərbçilərə veriləcək. Xəbər sosial şəbəkələrdə böyük rezonans doğurub. Buna səbəb isə odur ki, həmin mənzillərə ermənistanlı hərbçilər yalnız rüşvət verməklə sahib ola bilərlər. Ev almaq üçün hər bir erməni zabitin mütləq 3000-10000 dollar arası rüşvət verməli olduğu deyilir.

Xəbər erməni hərbçi ailələrin narazılığına səbəb olub.

Gununsesi.info