Ermənistanda partiya sədri saxlanıldı - VİDEO

  • By admin
  • 26 Noyabr 2021 15:36

Ermənistanda partiya sədrinin qollarına qandal vurulub.

Gununsesi.info erməni mediasına istinadla xəbər verir ki, Ermənistan polisi “Oyanış” Partiyasının lideri, “Azadlıq Hərəkatı” təşəbbüs qrupunun üzvü Ara Zöhrabyanı saxlayıb.

O, partiyadaşları ilə birlikdə ictimai asayişi pozmaqda, bu gün İrəvanın mərkəzindəki Nalbandyan küçəsini bağlamaqda ittiham edilib.

Partiya sədri küçənin ortasında baş nazir Nikol Paşinyan və onun hakimiyyəti ilə bağlı mənfi fikirlər səsləndirərkən zorla polis avtomobilinə mindirilib.

Ara Zöhrabyanın saxlanılmasının görüntülərini təqdim edirik:

Gununsesi.info