Ermənistanda prezident seçkilərin tarixi AÇIQLANDI

  • By admin
  • 18 Fevral 2022 10:42

Ermənistanda Prezident seçkilərinin tarixi açıqlanıb.

Gununsesi.info xəbər verir ki, hakim Vətəndaş Razılaşması Partiyasının adının açıqlamayan nümayəndəsi “Joquvurd” qəzetinə bildirib ki, seçki martın 3-də baş tutacaq.

Məlumata görə, martın 1-də ölkənin qanunverici orqanı olan Milli Məclisin növbəti sessiyası başlayacaq. İki gün sonra, yəni martın 3-də parlamentdə yeni prezidentin seçilməsi üzrə səsvermə keçiriləcək.

Qeyd edək ki, Ermənistanın sabiq Prezidenti Armen Sarkisyan yanvarın 23-də istefa verib. Hakim partiya yüksək texnologiyalar sənayesi naziri, İrəvanın keçmiş meri Vaaqn Xaçatryanın namizədliyini irəli sürüb. Müxalifət hələlik prezidentliyə namizəd irəli sürməyib.

Ermənistan Prezidenti parlamentdə seçilir.

Gununsesi.info