Ermənistanda qanunverici orqan parçalanır – Paşinyana ŞOK ZƏRBƏ

  • By admin
  • 14 Noyabr 2020 10:40

Ermənistan parlamentinin hakim fraksiyası “Mənim addımım”da millət vəkilləri arasında ciddi narazılıq yaranıb. Onlar fraksiyanı kütləvi şəkildə tərk etməyə başlayırlar.

Gununsesi.info xəbər verir ki, Qarabağla bağlı mövcud razılaşmalardan narazı olan fraksiya liderləri bildirib ki, Nikol Paşinyanın onlara informasiya vermədən bəyanat imzalaması həyatlarını təhlükə altına atıb.

Deputatlar narazı kütlə səbəbilə rahat şəkildə küçəyə belə çıxa bilmədiklərini dilə gətirirlər.

Qeyd edək ki, daha əvvəl “Mənim addımım” blokundan olan deputat Vardan Atabekyanın Qarabağ məsələsində fikir ayrılıqlarına görə fraksiya sıralarını tərk etdiyini açıqlamışdı.

Gununsesi.info