Ermənistanda yeganə çıxış yolu ölkədən qaçmaqdır -Razmik Akopcanyan

  • By admin
  • 09 Dekabr 2021 16:34

Ermənistanda siyasi həyat getdikcə istedadsız aktyorların və dəhşətli rejissorların yaratdığı sonsuz bir tamaşaya çevrilir. Hakimiyyət rəsmiləri və nə vaxtsa hakimiyyətin rəsmisi olan, indi isə ozünü müxalifət kimi qələmə verənlər çox utancverici bir mənzərə yaradıblar. Bəs adi vətəndaş o zaman nə etsin? Pis və dəhşətli arasında seçim etməlidir? Bəli, deyəsən bizim taleyimiz budur – gözümüz hara baxırsa, ora da qaçmaq!

Gununsesi.info  xəbər verir ki, bu sözləri erməni siyasi şərhçi Razmik Akopcanyan deyib.

Onun sözlərinə görə, ermənilərə elə gəlirdi ki, onlar fərqlidirlər – fərqli düşüncəyə, fərqli dəyərlərə malikdirlər:

“Təəssüf ki, bu, özünüaldatma idi. İndiki şəraitdə isə erməni vətəndaşı nə etməlidir? Yeganə çıxış yolu ölkədən qaçmaqdır. Təəssüf ki, getdikcə daha çox insan bunu yeganə həll yolu kimi görür”.

Gununsesi.info