Ermənistanda son sutkada 1694 nəfər koronavirusa yoluxub, 14 nəfər ölüb

  • By admin
  • 18 Oktyabr 2020 11:11

Ermənistanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1694 nəfər yoluxub.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu günədək Ermənistanda koronavirusa yoluxanların ümumi sayı 64694 nəfərə çatıb.

Son 24 saat ərzində 14 nəfər koronavirusdan vəfat edib, bununla da indiyədək Ermənistanda koronavirusdan ölənlərin sayı 1081 nəfərə yüksəlib.

 

 

Gununsesi.info