Ermənistanda son sutkada 6 nəfər koronavirusdan ölüb – 452 yoluxma var

  • By admin
  • 25 May 2020 14:33

Ermənistanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 452 yoluxma halı aşkarlanıb, 6 nəfər ölüb.

Ölənlərin ikisi qadın – 85 və 86 yaşında, dördü kişidir – 58, 61, 67, 69 yaşında.

Gununsesi.org xəbər verir ki, Ermənistanda koronavirusa yoluxanların sayı 7113 nəfərə, ölənlərin sayı isə 87 nəfərə çatıb.

Xəstəlikdən sağalanların sayı 3145 nəfərdir. 3842 nəfər müalicədədir.

 

Gununsesi.org