Ermənistanda Türkiyə mallarına qadağa qoyuldu

  • By admin
  • 26 Dekabr 2020 12:31
Ermənistan 2021-ci ildən etibarən Türkiyə mallarını idxal etməyəcək.
“Sputnik Ermənistan”ın dekabrın 25-də verdiyi xəbərə görə, bu barədə Ermənistan Dövlət Gəlir Komitəsinin açıqlamasında bildirilib.
Məlumata görə, Türkiyə mallarına qadağa dekabrın 31-dən etibarən qüvvəyə minəcək və qadağaya gömrük işçiləri nəzarət edəcək.
Türkiyə mallarına qoyulan qadağanın mallarına hansı ölkədən gətirilməsindən asılı olmayaraq tətbiq ediləcəyi və altı ay müddətində qüvvədə qalacağı bildirilib.
Təxmini rəqəmlərə görə, Ermənistanın son illərdə Türkiyədən 250 milyon dollarlıq mal idxal edib.