Ermənistanda yanğına görə korpus komandiri ilə rəis işdən çıxarılır -YENİLƏNDİ

  • By admin
  • 19 Yanvar 2023 11:30

Ermənistan Silahlı Qüvvələrinin arxa bölməsinin yanğın təhlükəsizliyi xidmətinin rəisi tutduğu vəzifədən azad ediləcək.

Gununsesi.info xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a Müdafiə Nazirliyindəki mənbə bildirib.

Hadisəyə görə, 2-ci ordu korpusun komandiri, polkovnik Vahram Qriqoryan da işdən qovulub.

Bundan başqa, korpus komandirinin müavini, briqadanın qərargah rəisi polkovnik-leytenant Rudik Akopyan, maddi-texniki təchizat briqadası komandirinin müavini polkovnik-leytenant Qor Haqekyan, briqadanın mühəndis xidmətinin rəisi, kapitan Tiqran Qazaryan, mühəndis-istehkamçılar bölüyünün komandiri kapitan Qor Sarkisyan, ikinci ordu korpusu qərargahının rəisi, komandir müavini, polkovnik Miqran Maxsudyan, korpus komandirinin maddi-texniki təminat üzrə müavini polkovnik Şiraz Xaçatryan, korpus komandirinin döyüş xətti üzrə müavini polkovnik Artur Ohanyan da tutuduqları vəzifədən azad ediliblər.

10:17

Ermənistan Silahlı Qüvvələrinin ikinci ordu korpusunun komandiri polkovnik Vahram Qriqoryan vəzifəsindən azad ediləcək.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı Ermənistanın “Lurer” portalı yayıb.

Məlumata görə, V.Qriqoryan Ermənistanda hərbi hissələrin birinin kazarmasında baş verən yanğınla əlaqədar olaraq vəzifəsindən uzaqlaşdırılacaq.

Xatırladaq ki, gecə Ermənistanın Basarkeçər rayonunun Azad kəndində yerləşən hərbi hissələrin birinin kazarmasında yanğın baş verib. Yanğın nəticəsində 15 hərbçi ölüb, daha 3-ü isə yaralanıb.

Gununsesi.info