Ermənistandan Culfaya avtobus marşrutları açılacaq

  • By admin
  • 16 Dekabr 2017 11:20

Ermənistanın Meğri və Qafan şəhərlərindən Qərbi Azərbaycan əyalətinin Culfa şəhərinə avtobus marşrutları açılacaq.

Gununsesi.info erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın Syuniksk vilayətinin qubernatoru Vaqe Akopyan məlumat verib.

Onun sözlərinə görə, dekabrın 20-də İrandan Qafana böyük nümayəndə heyəti gələcək: “Burada İran ticarət ofisinin açılışı olacaq. Belə bir ofisi biz də Culfada açmışıq. Ümid edərəm ki, elə həmin gün Qafqan-Culfa və Meğri-Culfa avtobus marşrutları açılacaq. Artıq bununla bağlı iranlı tərəfdaşlarımızla razılıq əldə olunub”.

Gununsesi.info