Ermənistandan daha bir oyun: Naxçıvana yol açılmasının ləğvi üçün Rusiyaya müraciət etdi – Məsələdə İranın əli varmı?

  • By admin
  • 20 Noyabr 2020 13:18

Ermənistan hökuməti Mehri dəhlizinin açılmasına şərait yaradan 9-cu bəndinin ləğv edilməsi üçün Rusiyaya müraciət edib.

Bu barədə Türkiyənin Rusiya Tədqiqatları İnstitutunun “Twitter” səhifəsində məlumat yayılıb.

Qeyd olunur ki, üçtərəfli atəşkəs sazişinin 9-cu bəndində Mehri dəhlizinin açılması ilə bağlı müddəanın ləğv edilməsi müqabilində Füzuli-Şuşa avtomobil yolunun Azərbaycanın istifadəsinə verilməsi təklif ediləcək.

 

Xatırladaq ki, günlər pncə İran parlamentində çıxış edən deputat Mahmud Əhmədi Azərbaycandan Mehri şəhəri üzərindən Naxşıvana yol xətlərinin çəkilməsindən təlaşanmış və öz çıxışında narahatlığını ifadə etmişdi.

Bildirək ki, Azərbaycandan Naxçıvana magistral və dəmir yolları xətlərinin açılması rəsmi Bakı üçün bir sıra üstünlüklər qazandıracaq. Belə ki, həm gediş yolunu qısalacaq ki, bununla da daha az xərc, daha qısa zamanla ünvana çatmaq mümkün olacaq. Həm İrandan olan coğrafi asılılığı azaldacaq, digər tərəfdən isə, Azərbaycanın Qarabağ-Naxçıvan və Türkiyə Cümhuriyyəti ilə ticari və bir sıra əlaqələrinin daha da inkişaf etdirəcək.

Gununsesi.org