Ermənistandan Rusiyaya tərs cavab – Ermənistanın rəsmi dili...

  • By admin
  • 17 İyul 2017 19:59

volodinn
Rus dilinə Konstitusiyanızda rəsmi dil statusu verin.

Axar.az xəbər verir ki, bunu Rusiya Dumasının spikeri Vyaçeslav Volodin Ermənistan parlamentinin spikeri Aroy Babloyanla görüşü zamanı söyləyib. Spiker bu sözü Babloyanın Ermənistan vətəndaşlarının sürücülük vəsiqələrinin Rusiya ərazisində tanınmasını istəməsindən sonra söyləyib:

“Bu norma yalnız rus dilinə konstitusiyalarında rəsmi status verən ölkələrə aiddir. Qırğızıstan bunu etdiyinə görə onların vətəndaşlarının sürücülük vəsiqələrini Rusiyada da tanımışıq”.

19:16

Ermənistanda respublika qanunvericiliyində rus dilinə rəsmi status verməyə və sürücülük vəsiqələri ilə bağlı problemi bu yolla həll etməyə hazırlaşmırlar.

Virtualaz.org-un məlumatına görə, erməni parlamentinin vitse-spikeri Eduard Şarmazanov EADaily-ə açıqlamasında bildirib ki, Ermənistanda yeganə rəsmi dil erməni dilidir.

“Bizim ölkəmizdə tək rəsmi dil erməni dilidir. Və bu, konstitusiya normasıdır”, — deyə o, Rusiya Federasiyası Dövlət Dumasının spikeri Vyaçeslav Volodinin bəyanatını şərh edərkən vurğulayıb.

Gununsesi.info