Ermənistandan təyyarə ilə Bakıya gələnlərin KİMLƏR OLDUĞU ÜZƏ ÇIXDI – DETALLAR

  • By admin
  • 11 Dekabr 2020 12:12

İrəvandan Bakıya gələn təyyarənin detalları məlum olub.

Gununsesi AZERFORUM.COM-a istinadla xəbər verir ki, bu barədə Ermənistanın news.am saytı məlumat yayıb.

Sayt bildirib ki, dekabrn 8-də İrəvandan Bakıya uçan təyyarədə İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi Manlio Di Stefanonun başçılıq etdiyi nümayəndə heyəti olub.

Ermənistanın Xarici İşlər Nazirliyi bildirib ki, İtaliyadan olan diplomatlar İrəvanda görüşlər keçirdikdən sonra Bakıya yollanıb. Məlumatda o da qeyd olunub ki, İrəvandan gələn təyyarənin Bakıya enməsinə əvvəlcədən Azərbaycan tərəfinin razılığı olub.

 

 

 

Gununsesi.org