Ermənistanın Baş Qərargah rəisi: “Gorus Qafan yolu ilə şəxsən getmişəm”

  • By admin
  • 21 Sentyabr 2021 16:36

Ermənistanın Baş Qərargah rəisi Artak Davtyan Gorus-Qafan yolunda yaranmış vəziyyətə toxunub.

Gununsesi.info Ermənistan KİV-nə istinadən xəbər verir ki, o, yolda vəziyyətin təhlükəsiz olduğunu əlavə edib.

“Mən şəxsən Gorus-Qafan yolu ilə getmişəm, hər şey normaldır. Mən təhlükəsizlik haqqında bütöv mühazirə oxuya bilərəm…və öz sahəmə aid bütün suallara cavab verdim” – deyə Davtyan söyləyib.

O, yolun təhlükəli olması ilə bağlı mətbuatda yer alan xəbərləri də əsassız adlandırıb.

Gununsesi.info