Ermənistanın keçmiş müdafiə naziri hakim qarşısında

  • By admin
  • 19 Yanvar 2022 16:49

Ermənistanda sabiq müdafiə naziri David Tonoyan, Baş Qərargah rəisi Artak Davtyan, Baş Qərargah rəisinin keçmiş müavini Stepan Qalstyan, silah alverçisi David Qalstyanın məhkəmə prosesi başlayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

David Tonoyan ona qarşı irəli sürülmüş ittihamlar üzrə özünü təqsirli bilməyib.

Qeyd edək ki, Müdafiə Nazirliyinin və Baş Qərargahın yüksək rütbəli zabitləri külli miqdarda mənimsəmədə və yararsız silah almaqda ittiham olunurlar.

 

Gununsesi.info