Ermənistanın XİN rəhbərindən gözlənilməz açıqlama - Ermənistan tərəfi üçün "Dağlıq Qarabağ" məsələsi ərazi yox, haqqlar məsələsidir

  • By admin
  • 15 Mart 2022 16:34

Ermənistanın Xarici İşlər Naziri Ararat Mirzoyan: “Azərbaycanla sülh sazişinin imzalanması ilə bağlı danışıqları ilkin şərt olmadan aparmağa hazırıq.

Ermənistan tərəfi üçün “Dağlıq Qarabağ” məsələsi ərazi yox, haqqlar məsələsidir. Bizim üçün əsas “Artsax erməniləri”nin hüquq və azadlıqlarının təmin olunması və qarantiyaya alınması, eyni zamanda “Dağlıq Qarabağ”ın statusunun dəqiqləşdirilməsidir.

Prinsip etibarilə, Azərbaycan və Ermənistan tərəfləri 8 dekabr 1991-ci ildə “Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında razılıq sənədi”ni imzalamaqla bir-birinin ərazi bötövlüyünü tanıyıb və biri-birinə qarşı ərazi iddialarının olmadığı bildirib”.

Gununsesi.info