Ermənistanın yeni Konstitusiyası nə vaxt hazır olacaq? – Tarix açıqlandı

Ermənistanın yeni Konstitusiyası 2026-cı ilin martında hazır olacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistanın ədliyyə naziri Srbuhi Qalýan məlumat verib.

O, bildirib ki, ölkənin yeni Konstitusiyasının mətninin 2026-cı ilin mart ayına qədər hazırlanması planlaşdırılır.

Bu barədə o, Konstitusiya islahatları üzrə Şuranın iclasında çıxış edib.

“Ədliyyə Nazirliyi üzərinə götürdüyü öhdəliyi yerinə yetirəcək. Konkret olaraq, Konstitusiyanın yeni mətninin 2026-cı ilin martına qədər hazır olması nəzərdə tutulur,” – deyə nazir vurğulayıb.

 

 

Gununsesi.info