Ermənistanla İran ticarət əlaqələrini genişləndirir

  • By admin
  • 21 Yanvar 2021 19:54

Ermənistanla İran iqtisadi-ticari əlaqələrin genişləndirilməsi istiqamətində danışıqlar aparacaqlar.

Gununsesi.info bildirir ki, bu barədə rəsmi Yerevan xəbər yayıb.

Belə ki, Ermənistanın baş naziri Nikol Paşinyanın tapşırıqı ilə, 22-26 yanvar tarixində ölkənin İqtisadiyyat naziri Vaan Kerobyan, nazirliyin xarici əlaqələr idarəsinin rəisi Armen Ayvazyan və Ermənistan XİN-in Qonşu ölkələr üzrə idarəsinin 3-cü katibi Qarik Qriqoryan Tehrana səfər edəcəklər.

Ermənistan hökumətinin yerli mətbuata verdiyi məlumata görə, səfərin məqsədi iki ölkə arasında iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsinin perspektivlərinin müzkirəsidir.

Gununsesi.info