Ermənistanla Rusiyanı birləşdirən yeganə yol bağlandı

  • By admin
  • 26 Mart 2023 11:38

Rusiya və Ermənistanı birləşdirən Gürcüstan-Rusiya sərhədinə gedən Yuxarı Lars yolu bütün növ nəqliyyat vasitələri üçün bağlanıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Bildirilib ki, Mtsxeta-Stepantsminda-Lars beynəlxalq avtomobil yolunun Qudauri-Kobi hissəsində qarın yağması, temperaturun aşağı düşməsi və uçqun təhlükəsi ilə əlaqədar hərəkət qadağası tətbiq edilib.

Həmçinin qeyd olunub ki, hava şəraiti normallaşandan sonra yolda bütün nəqliyyat vasitələrinin hərəkəti tam bərpa olunacaq.

Gununsesi.info