Ermənistanla Türkiyə arasında sərhədlər üçüncü ölkələr üçün açılır

Paşinyan sərhədlərin açılması işlərini Türkiyə ilə koordinasiya etməyi tapşırıb

Ermənistanın Baş naziri Nikol Paşinyan üçüncü ölkə vətəndaşları üçün Türkiyə ilə sərhədin açılmasına dair razılaşmanı həyata keçirmək üçün tapşırıq verib. AYNA erməni mediasına istinadən bildirir ki, Paşinyan işləri türkiyəli tərəfdaşlarla koordinasiya etməyi tapşırıb.

Paşinyan hökumətin iclasında deyib ki, son görüş zamanı Türkiyə və Ermənistanın xüsusi nümayəndələri üçüncü ölkə vətəndaşları üçün Türkiyə-Ermənistan sərhədinin açılması və birbaşa hava yükdaşımaları barədə razılığa gəliblər.

“Siyasi razılaşmaların həyata keçirilməsi üçün müvafiq idarələrimizin Ankara ilə koordinasiyalı şəkildə işləməsi vacibdir. İşləri koordinasiya etmək lazımdır ki, razılaşmalar maksimum tez müddətdə reallaşsın”, – deyə Paşinyan bildirib.

Gununsesi.info