Ermənistanlı 3 qat dünya çempionunu Moskvada güllələdilər

  • Müəllif: admin
  • 14 Noyabr 2019 15:38

Ermənistanlı tayboksçu Aşot Bolyan Rusiyanın paytaxtı Moskvada güllələnib.

Gununsesi.org xəbər verir ki, bu barədə “Report” “Moskovskiy Komsomolets” nəşrinə istinadən xəbər verir. Məlumata görə, 40 yaşlı idmançının cəsədi noyabrın 13-də Naximov prospektindəki evinin yaxınlığında tapılıb. Yerli sakinlərdən biri maşını park edərkən, cəsədi görüb. Bolyan avtomobilinin yaxınlığında güllələnib və onun meyiti bir müddət dayanacaqda qalıb.

Qeyd edək ki, Aşot Bolyan 3 qat dünya çempionu və Dünya Kubokunun qalibi, Ermənistan İdman Federasiyalarının Ümumdünya Assosiasiyasının prezidenti olub.

Gununsesi.org