Paşinyan : Ermənistandan Azərbaycana ilk ixrac baş tutdu

  • Müəllif: Firuzə
  • 03 Sentyabr 2026 15:40

Ermənistandan Azərbaycana ilk ixrac əməliyyatı artıq baş tutub.

Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.

O, detalları açıqlamayıb.

“Düşünürəm ki, şirkətlər özləri bunu elan edəcəklər”, – Paşinyan qeyd edib.

Qeyd edək ki, avqustun sonunda Ermənistan xarici işlər naziri Ararat Mirzoyan yaxın vaxtlarda Ermənistandan Azərbaycana məhsul tədarükü ilə bağlı məlumatların açıqlanacağını bildirib.

Gununsesi.info