Terrorçubaşı Öcalanın “sağ əli” məhv edildi - "KAVA QARZAN" KİMDİR?

  • By admin
  • 03 Sentyabr 2019 19:55

Türkiyə kəşfiyyatı və Silahlı Qüvvələri dünən Hakurk bölgəsində PKK terror təşkilatına qarşı əməliyyat həyata keçirib. 

Gununsəsi.org xəbər verir ki, əməliyyat nəticəsində məhv edilən 5 terrorçudan birinin qırmızı bülletenlə axtarışa verilən, terror təşkilatının “lider”lərindən biri olan “Kava Qarzan” kod adlı Nədim Karakulak olduğu müəyyənləşdirilib.

PKK-ya 1992-ci ildə qoşulan  Karakulakın Türkiyədə həyata keçirilmiş bir çox terror aktlarında iştirakı müəyyən edilərək, 2013-cü ildən qırmızı bülletenlə axtarışa verilmişdi.

Karakulakın terrorçubaşı Abdullah Öcalanın həbsindən öncə  ən yaxın adamlarından biri olduğu bildirilir.

 

Gununsəsi.org