Quzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Prezidenti Ersin Tatar Kıbrıs Türk Sahibkar Qadınlar Dərnəyi (GİKAD) və Türk Qadın Sahibkarlar Dərnəyi (KAGİDER) ilə birgə təşkil edilən “3-cü İş Dünyasında Qadınlar Zirvəsi”ndə iştirak edib və çıxış edib.
Gununsesi.info xəbər verir ki, Ersin Tatar sammitdəki çıxışında vətəni Türkiyə Cümhuriyyəti və qardaş ölkə Azərbaycandan olan sahibkar qadınları ölkədə görməkdən şad olduğunu bildirib.
Ersin Tatar xaricdən gələn qonaqları salamlayaraq, “Bu gün (dünən) keçirilən zirvə görüşündə gələcəyə necə inamla addımlayacağımızı görürəm. Burada bir millət və üç dövlət var”, – deyə qeyd edib.
Gununsesi.info