
Türkiyənin Ərzincan bölgəsində baş vermiş mədən sürüşməsi ilə əlaqədar aralarında sahə müdiri olmaqla, 4 nəfər saxlanılıb.
Gununsesi.info xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Hazırda mədəndə baş verən sürüşmə ilə əlaqədar axtarış-xilasetmə işləri davam edir.
Qeyd edək ki, “Anagold” şirkətinin 2010-cu ilin dekabr ayından qızıl hasil etdiyi Çöplər mədən sahəsində çıxarılan və yığılan torpaq dünən yerini dəyişib. Təxminən 10 milyon kubmetr torpaq saniyədə 10 metr sürətlə 800 metr əraziyə yayılıb.
İlkin məlumatlara görə, 9 işçi torpağın altında qalıb.
Gununsesi.info