Əsəd agenti professor tutuldu

  • By Admin2
  • 07 Fevral 2025 16:27

Suriyada yazdığı hesabatlarla ən azı 200 tələbəsi həbs edilən Əsəd agenti professor Nahla Esanın bu yaxınlarda həbs edildiyi üzə çıxıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, rejim devrildikdən sonra təhsilin dinc şəkildə davam etdiyi Dəməşq Universitetində vəzifə başında olan Esanın xəbərləri nəticəsində həbs edilən və bir daha xəbər alınmayan tələbələrin tapılması üçün keçirilən etirazlar nəticə verdi.

Məlum olub ki, Esa hərbçilər tərəfindən tutularaq həbsxanaya göndərilib.

Universitet tələbəsi Tasneem Al Kadri, “Radio və Televiziya Departamentinin 4-cü kurs tələbəsiyəm. Bu professorun getməsi üçün 2 gün əvvəl məktəbin həyətində etiraz etdik. Professor Nahla Esa universitetdə 200-ə yaxın tələbəni dövlətə hesabat yazaraq həbs etmişdi. O, bizə çox işgəncə verirdi və dərsdə daim bizi hədələyərək, söyüş söyürdü”-deyib.

Orxan Saffari

Gununsesi.info