
Suriyada Əsəd qüvvələri Latakiya çölündə hərbi kazarmaya hücum etməyə cəhd edib. Təhlükəsizlik qüvvələrinin hücumun qarşısını aldığı və 4 hücumçunun saxlanıldığı açıqlanıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Suriya təhlükəsizlik qüvvələrinin Latakiyada Bəşər Əsəd rejiminin ünsürlərinin hücum cəhdinin qarşısını aldığı bildirilir.
Suriyanın rəsmi xəbər agentliyi SANA-nın Müdafiə Nazirliyindəki mənbəyə istinadən verdiyi xəbərə görə, devrilmiş rejimin ünsürləri Latakiya kəndi ərazisindəki hərbi kazarmalara hücum etməyə cəhd edib.
Təhlükəsizlik qüvvələri ilə hücum edənlər arasında qarşıdurma baş verib.
Qarşıdurmadan sonra hücum cəhdinin qarşısı alınıb və 4 hücumçu saxlanılıb.
Orxan