Suriyada müxaliflər paytaxt Dəməşq də daxil olmaqla bir çox şəhəri ələ keçirdikdən sonra Suriya prezidenti Əsədə məxsus olduğu bildirilən bir qaraj görüntülənib. Qarajda çoxlu dəbdəbəli maşınların olduğu bildirilib.
Gununsesi.info türk mediasına istinadən xəəbər verir ki, Suriyadakı müxaliflər 11 gün ərzində Suriyanın bir çox şəhərini nəzarətə götürüb. Müxalifət sonuncu dəfə paytaxt Dəməşqə daxil olanda prezident Əsəddən xəbər ala bilməmişdilər.
Əsədin evinə basqın edən qrup onun atası Hafiz Əsədin fotoşəkillərini məhv edib. Evdəki bütün əşyalar müsadirə edilib.
Bundan əlavə, Əsədə aid olduğu iddia edilən qaraj da paylaşılıb. Qarajda dəbdəbəli maşınlar görünüb.