Əsədin təyyarəsi 05:29-da raketlə vurulub – “Bild”

  • By Günel
  • 08 Dekabr 2024 18:05
bəşər əsəd

Əsədin təyyarəsi Moskvaya uçan zaman vurulub.

Gununsesi.info xəbər verir ki, bu iddia ilə “Bild” nəşri çıxış edib.

“Suriya ordusuna məxsus təyyarə yerli vaxtla saat 04:59-da Dəməşqdən havaya qalxıb. Təyinat bəlkə də Rusiya olub. Yerli vaxtla saat 05:29-da uçuş məlumatlarının qeydə alınması başa çatıb. Təxminən eyni vaxtda Suriya ordusunun döyüşsüz tərk etdiyi hərbi bazadan Əsədin qaçan təyyarəsinə raket atılıb”, – məlumatda deyilir.

Nəşrin məlumatına görə, hadisə şahidləri Xümsün qərbindəki Əl-Suveyri kəndi ərazisində partlayış səsləri eşidiblər.

Gununsesi.info