Əsgəranda istixananın təmirinə 120 min manat ayrıldı

  • By Günel
  • 16 Aprel 2025 22:27

“Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi Xocalı rayonunun Əsgəran qəsəbəsində yerləşən 20 sot şüşə tipli istixananı təmir etdirəcək.

Gununsesi.info xəbər verir ki, qurum bu işlər üçün 119 min 808 manat xərcləməyi planlaşdırır.

Qeyd edək ki, sözügedən təmir işləri üçün tender elan edilib və təkliflərinin son təqdimolunma tarixi mayın 8-dir.

Gununsesi.info