
Qarşı cinsə doğru sıx bir həvəs hiss etmə durumu, münasibətin içindəykən hər kəsə yalnız onlara xas olan bir durum kimi gəlsə dəı, psixologiya elminin marağını çəkəcək qədər yayılmış və “bizimkisi bir başqa” dedirdəcək nağılabənzər eşqi bir çox insan oxşar şəkildə yaşayır.
Psixoloq Doroti Tennovun bir çox adamla görüşüb sınaqları üzərində etdiyi çalışmalar nəticəsində insanların bir çoxunun birinə “vurulma” durumunu bənzər şəkildə yaşadığını ortaya qoydu. Bu bənzərliyə görə, eşq bir “sindromdur”, hiss edilənlər isə bir simptondur.
Gununsesi.info xarici mətbuata istinadən maraqlı yazını sizə təqdim edir.
İstər eşqin çarəsiz bir xəstəlik olduğunu, istər ovsunlayıcı bir təcrübə olduğunu düşünün. Bu durum bir çox adam tərəfindən ortaq bəzi qaəliblərlə təsvir edilir. Eşqi bir ruh sağlamlığı problemi halına gətirə bilən simptomlar:
1 – Anidən olur
Əksər adamlar eşq olduğu birisindən bəhs edərkən bu hislərə qapıldığı ilk anı unutmur. Bir çox adamı ilk baxışda aşiq olduğunu anladarkən və ya hislərin aşq halını aldığı anı xatırladaraq, “o anın onun axtardığım adam olduğunu anlamışdım” kimi bir cümlə qurur.
2 – Bədəninizi ələ keçirər
Eşqi yox saymamağın ən böyük səbəblərindən biri də adamı yeməkdən-içməkdən uzaqlaşdıracaq qədər təsirləndirməsi, eyni zamanda beyində etdiyi dəyişiklərlə yerində dura bilməyəcək bir hala gətirməsidir.
3 – Ağlınız hər zaman ondadır
Siz özünüzdə və çevrənizdə deyilkən davamlı ağlınızda o və onunla bağlı şeylər olur. Düşüncələriniz ondan ibarətdir. Danışdığınız hər şey bir şəkildə ona bağlıdır. Başqa bir şey düşünməyiniz mümkünsüzdür.
4 – Necə hiss etməyiniz ondan asılıdır
Onu düşünür, onu düşündükcə xoşbəxt olur, o sizi düşünmədikcə, qəhr olursunuz. Platonik bir dönəmdə kiçik hərəkətlərdən anlamlar çıxarır, bu çıxarışlarla sevincdən havalara uçar və ya üzüntüdən yerlə bir olarsınız.
5 – Dünyanın ən mükəmməl insanıdır
Eşqin gözü kor olduğunu o an fərq etməsiniz də, birinci əldən yaşayarsınız. Qüsursuz biri olduğunu düşünər, xətalarını görməzdən gələr və pis heç bir özəlliyini ona yaraşdırmazsınız.
6 – Gözünüz ondan başqasını görməz
Eyni anda fərqli adamlara qarşı fərqli duyğular bəsləmək mümkün olsa da, bu qədər sıx bir duyğunu birdən çox adam üçün bəsləmək sərhədlərinizi aşar. Buna görə də, bir müddətlik də olsa, tək bir adama köklənərsiniz, hər şeyiniz və hər kəsiniz o adam olar.
Bir çox eşq hekayəsinin bu ortaq özəllikləri daşıması kimilərini eşqin xəstəlik əsaslı bir vəsvəsə halı olduğunu, bəziləri isə bütün məsəllərin eyni başladığını düşünməyə sürükləyir. Siz bu mövzuda nə düşünürsünüz?
Qaynaq: Dorothy Tennov – “Love and Limerence: The Experience of Being in Love”
Tərcümə: Arzu