
Xaçmaz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Gununsesi.info xəbər verir ki, rayonun Ağyazı kəndi ərazisində “Skoda” markalı avtomobil kənd yolunda hərəkət edən eşşək arabasını vurub.
Nəticədə arabada olan 1959-cu il təvəllüdlü Hacıyev Qaçaq Nəriman oğlu müxtəlif dərəcəli xəsarət alıb. O, Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info