Xəzərdə batan neftçi briqadasının bir üzvü sağ qalıb - FOTO

  • By admin
  • 15 Dekabr 2016 12:29

neftci

“Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin  dənizə uçan estakadasında çalışan briqadadan cəmi bir nəfər sağ qalıb. 

Gununsesi.info-nun xəbərinə həmin şəxs idarənin krançısı  Ramazanov  Nuru Nəbi oğludur. Ailəsindən verilən məlumata görə, N.Ramazanovun sağ qalmasına səbəb   idarə etdiyi kranın sıradan çıxması və təmirə aparlması olub.  Bu səbəbdən də o, iş yoldaşlarıyla əmək növbəsində ola bilməyib: “Bu gün  Nurunun doğum günüdür. Ancaq o elə sarsılıb ki, bir daha ad gününü qeyd edə bilməyəcək”.

Gülnaz Qənbərli

Gununsesi.info