Eston mətbuatı “İnanılmaz Azərbaycan”dan yazdı

  • By admin
  • 04 May 2017 11:56

metbuat

Estoniya mətbuatı Azərbaycanın rəqəmsal, texnoloji yeniliklərindən bəhs edən “İnanılmaz Azərbaycan: icbari Mobil İD, m-rezidentlik, dövlətlərarası rəqəmsal imzalar” başlıqlı məqalə dərc edib.

Məqalədə qeyd edilib ki, Azərbaycanda əmək müqavilələri yalnız elektron qaydada həyata keçirilir. Ölkədə fəaliyyət göstərən bütün mobil operatorlar Mobil-İD xidmətləri göstərirlər. bu haqda Gununsesi.info-ya İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilib.

Belə ki, Estoniyanın www.postimees.ee saytında dərc olunan məqalədə Azərbaycan-Estoniya Ticarət Palatasının sədri Yana Krimpenin də mövqeyi öyrənilib. O xüsusiilə, Asan İmza texnologiyasının başlıca üstünlüklərində danışıb.

Məqalədə “Azexport” elektron satış platformasından və Rəqəmsal Ticarət Qovşağından da danışılıb. Bildirilib ki, Azexport portalı sahibkarlar üçün ixrac prosedurlarını sadələşdirib. Bu vasitə ilə kiçik və orta sahibkarların işləri yüngülləşmiş olur.

“Azexport” portalı “Alibaba”, “e-Bay” və “allbiz” kimi iri portallara inteqrasiya olunub. Bu əməkdaşlıq sayəsində təkcə 3 ay ərzində “Azexport” portalı vasitəsi ilə 100 million dollarlıq ixrac təklifi olunub”.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən verilən məlumata görə,  Eston dilində dərc olunan məqalə artıq rus və ingilis dillərinə də tərcümə olunub.

Gülnaz Qənbərli

Gununsesi.info