
Şimal-Cənub nəqliyyat dəhlizinə maraq böyükdür.
Gununsesi.info xəbər verir ki, bunu Azərbaycan Dəmir Yolları QSC-nin sədr müavini İqbal Hüseynov bildirib.
İ.Hüseynovun sözlərinə görə, “Azərbaycan Dəmir Yolları” QSC bu layihə ilə bağlı Estoniya Dəmir Yolları ilə görüşlər həyata keçirir.
“Estoniyanın Paldski limanı bizim bu marşruta qoşulur. Şimali Avropa və Skandinaviyadan olan ölkələrin yüklərini bu limanda cəmləşir. Rusiya, Azərbaycan üzərindən İrana, oradan da Fars körfəzinə həmin yüklərin daşınması nəzərdə tutulur”- deyə, sədr müavini bildirib.
O, qeyd edib ki, dekabrın ilk ongünlüyündə Azərbaycan, Rusiya, İran və Estoniyanın müvafiq qurumları arasında görüş nəzərdə tutulur: “Bu görüş zamanı memorandumun imzalanması nəzərdə tutulur”.
İ.Hüseynov əlavə edib ki, Gürcüstan, Qazaxıstan dəmir yolları ilə də danışıqlar aparılacaq: ” Qərb-Şərq dəhlizinin aktivləşdirilməsi, yüklərin artırılması, gələn ilə nəzərdə tutulan işlərimizin gözdən keçirilməsi nəzərdə tutulur.”