Estoniya Rusiya avtomobillərinin ölkəyə girişini qadağan etdi

“Estoniya Avropa Komissiyasının direktivinə uyğun olaraq, Rusiya qeydiyyatlı avtomobillərin ölkəyə girişini qadağan edir”.

Gununsesi.info xəbər verir ki, bunu Estoniya daxili işlər naziri Lauri Lyaenemets bildirib.

“Sentyabrın 13-dən etibarən Rusiya dövlət nömrə nişanlı avtomobil sahibi ya Rusiyaya qayıtmalı, ya da avtomobilsiz sərhədi keçməli olacaq” , – nazir vurğulayıb.
DİN rəhbəri bildirib ki, bu məhdudiyyətlər qonşu dövlətlər – Latviya və Litva ilə də razılaşdırılıb.
Gununsesi.info